21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edib. Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Qollardan 3-nü Marsel Hartel vurub. Qalan qolların müəllifləri Nadiem Amiri, Aaron Seydel, Lukas Klostermann və Levin Öztunalı olub.
Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kottbus şəhərində baş tutan görüşdə də 7 qol vurulub. Lakin həmin vaxt Bundestim 6:1 hesabı ilə qalib gəlib. Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də "Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.
AVRO-2019
Seçmə mərhələ, V qrup
9 noyabr
18:00. Azərbaycan – Almaniya 0:7
Qol: Marcel Hartel, 2; 46; 57. Nadiem Amiri, 14. Aaron Seydel, 28. Timo Baumqartl, 60. Levin Öztunalı, 84
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)
Bakı. "Dalğa Arena”
Xal durumu: İrlandiya - 10, Almaniya - 9, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.