"Zirə"ni Avropa Liqasından kənarlaşdıran Rumıniyanın "Astra" yoldaşlıq matçında Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qarşılaşmada hesabı İstanbul təmsilçisinin futbolçuları açıb. Matçın 21-ci dəqiqəsində Mustafa Petdemek fərqlənib.
Birinci hissə bu hesabla yekunlaşıb. Oyunun ikinci hissəsində isə "Astra" klub bərabərlik qolunu vurub. Komandanın heyətində Antoni Le Talek bərabərlik qolunu vurub.









































































