1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçkinin yeni ləqəbi üzə çıxdı
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni ləqəbi üzə çıxıb. Sportnet.az-ın məlumatına görə, Prosineçki futbolçu kimi İspaniya "Real Madrid"ində çıxış etdiyi vaxt "Lesioneçki" ləqəbini alıb.
Bu, 1991-ci ildə böyük ümidlərlə transfer edilməsinə rəğmən, xorvatiyalı yarımmüdafiəçinin öz fiziki problemləri üzündən tez-tez zədələnməsi ilə əlaqədar olub. Təsadüfi deyil ki, o, 3 mövsüm ərzində "kral klubu"nda cəmi 73 oyunda çıxış edib. İndi isə oxşar hal 2013-cü ildə 100 milyon avroya alınan Qaret Beyllə bağlı baş verir. Uelsli yarımmüdafiəçi 19 dəfə zədələnib və 73 oyunu buraxmalı olub. Başqa sözlə, o, oyunların 55 faizində meydanda olub.
Qeyd edək ki, "lesio" ispancadan tərcümədə "zədə" mənasını verir.