Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini daha bir futbolçu tərk edib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Fərrux Fərzəliyev ("Vətən” FK) zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Qeyd edək ki, dünən "Qəbələ” klubunun üzvü Rauf Məhərrəmov da eyni səbəbdən düşərgəni tərk edib.