
ABŞ millisinin qapıçısı İtan Horvat Portuqaliya yığması ilə yoldaşlıq görüşündə kobud səhvə yol verib. Sportnet.az-ın məlumatına görə, 31-ci dəqiqədə hesab 1:0 amerikalıların xeyrinə olduğu vaxt Portuqaliya yığmasının müdafiəçisi Vitorinu Antuneş sol cinahdan asma edib.
Xorvat topu əlinə götürmək istəsə də, onu ayaqları arasından buraxıb.
Qapıçının bu səhvi üzündən hesab bərabərləşib - 1:1. Oyun da elə bu hesabla yekunlaşıb.