Futbol üzrə Azərbaycan milli komandasının mətbuat katibi vəzifəsinə yeni təyinat olub. Sportnet.az-ın AFFA-nın rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, bu vəzifə Elman Himayətoğluna həvalə olunub.
O, 1 Yanvar 2018-ci il tarixindən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Elmar Himayətoğlu bu təyinatadək "Zirə" klubunun mətbuat katibi vəzifəsində çalışıb.






































































