
Azərbaycan Premyer Liqasında XII turun "Neftçi" - "Qəbələ" matçında hakim səhvi qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, 21-ci dəqiqədə top qonaq komandanın futbolçusu Ruslan Qurbanovdan çıxdığı halda, meydan sahibləri əleyhinə künc zərbəsi təyin olunub.
Yan xətt hakimi Zeynal Zeynalov topun "Neftçi"nin oyunçusu Anton Krivotsyukdan çıxdığını bildirib. Onun işarəsindən sonra baş hakim Əliyar Ağayev də onunla razılaşıb.
Nəticədə künc zərbəsindən sonra "Qəbələ"nin hücumçusu Baqali Dabo başla qol vuraraq, hesabı bərabərləşdirib - 1:1.