Tbilisi şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə topu 12-ci dəqiqədə Umnisə Əliyeva vurub.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.






































































