"Qarabağ”ın Çempionlar Liqasının V turu çərçivəsində İngiltərə təmsilçisi "Çelsi”yə qarşı keçirəcəyi oyunun baş hakimi Manuel De Souza ikinci dəfə Bakıya səfər edəcək.
Sportnet.az xəbər verir ki, 42 yaşlı portuqaliyalı referi 2012-ci il noyabrın 8-də Azərbaycanın paytaxtında olub. O, "Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya təmsilçisi "Rubin”ə qarşı keçirdiyi görüşdə fit çalıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Portuqaliyalı referi "Neftçi"dən Rəşad Sadiqov, Erik Ramos və Mirhüseyn Seyidova, "Rubin"dən isə Bibras Natxo ilə Kristian Ansaldiyə sarı vərəqə göstərib.