1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dabo, Monroz və Bezotosnı üçün əlamətdar oyun
Topaz Premyer Liqasının XII turunun "Neftçi” ilə oyununda "Qəbələ"nin ilk qolunu vuran Baqali Dabo komandada 17-ci dəfə fərqlənib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransalı hücumçu "qırmızı-qara” formada keçirdiyi 43-cü matçda buna nail olub.
O, orta hesabla hər matçda 0,40 qola imza atıb. Dabo bu qolla "Qəbələ”nin tarixində ən çox fərqlənən futbolçuların siyahısında Filip Ozobiç və Yannik Kamanana çatıb. Hərəyə 17 top vuran bu oyunçular komandanın bombardirlər siyahısında 7 - 9-cu yerləri bölüşürlər. Lakin Dabo digərlərindən daha az oyunda bu qədər qol vurub. Ozobiç 53, Kamanan 68 matç keçirib.
"Neftçi” ilə oyunda vurulan sonuncu qol da "Qəbələ” üçün əlamətdar olub. Komandaya 3:2 hesablı qələbə qazandıran top "qırmızı-qaralar”ın Premyer Liqada səfərdə vurduğu 200-cü qol olub. 2006-cı ildən yüksək liqada mübarizə aparan "Qəbələ” 200-cü qolunu 174-cü matçda vurub. Səfər oyunlarındakı orta məhsuldarlıq 1,15-ə bərabərdir. Rəqib meydanlarında vurulan 200-cü qolun müəllifi isə Stiven Monroz olub.
Bu görüşdən sonra Dmitri Bezotosnı "Qəbələ”nin heyətində ən çox matça çıxan oyunçular siyahısında 4-cü pilləyə yüksəlib. "Neftçi” ilə görüş ukraynalı qapıçının "qırmızı-qara” formada 123-cü matçı olub. Bununla da Bezotosnı 122 matç keçirən Samir Zərgərovu arxada qoyub. Yalnız üç oyunçudan – Ürfan Abbasov (169), Dodo (161) və Viktor Mendidən (127) geri qalan ukraynalı qolkiper mövsümün sonunadək daha bir pillə irəliləmək imkanına malikdir.