Topaz Premyer Liqasında XIII turun "Zirə" - "Qarabağ" matçının dəqiq vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Zirə İdman Kompleksində baş tutacaq qarşılaşma noyabrın 26-sı saat 18:00-da başlayacaq.
Qeyd edək ki, 12 turdan sonra "Zirə" 27 xalla turnir cədvəlinin ikinici pilləsində qərarlaşıb. Ondan bir oyun az keçirən "Qarabağ" isə 28 xalla turnir cədvəlinə başçılıq edir.





































































