Sabahdan "Sweet November” Bakı yemək festivalının keçirildiyi İçərişəhərdə klubumuz üçün ayrılmış xüsusi satış məntəqəsi fəaliyyət göstərəcək.
Sportnet.az-ın məlumatına görə, bu, Bakı yemək festivalı və "Neftçi” PFK-nın tərəfdaşlığı çərçivəsində mümkün olub.
Noyabrın 25-i və 26-sı festivalın qonaqları Qız Qalası ətrafında yerləşən satış məntəqəsindən "Neftçi”yə aid suvenirlər və klub atributlarını əldə edə biləcəklər.
Qeyd edək ki, "Sweet November” Bakı yemək festivalına giriş saat 11:00-dan 23:00-dək sərbəstdir.