Almaniyanın "Borussiya" klubu ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Dortmund klubunun aparıcı futbolçularından hesab olunan Mario Qötze Almaniya Bundesliqasının 13-cü turunda "Şalke" ilə qarşılaşmanın 76-cı dəqiqəsində zədələnərək oyundan çıxıb.
Futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Götzenin ən erkən yanvarın 14-də "Volsburq"la matçda çıxış etməsi gözlənilir.