"Keşlə" ilə Topaz Premyer Liqasının XIII tur qarşılaşmada böyük futbolda ilk rəsmi oyununu keçirən "Neftçi”nin futbolçusu Ömər Buludov klubun rəsmi saytına açıqlama verib. Sportnet.az-ın məlumatına görə, 18 yaşlı cinah oyunçusu təəssüratlarını bölüşüb.
Klubun yetirməsi deyib: "10 yaşımda "Neftçi”yə gəldim. Nadinc uşaq olduğum və bütün günü çöldə, evdə oynamağıma baxmayaraq yorulmadığım üçün məni "Neftçi"yə, Araz Qulamovun məşqlərinə yazdırdılar. Əvvəllər ilk 11-liyə düşmürdüm. Sonra yavaş-yavaş oynamağa başladım. 17 yaşımda isə milli komandaya dəvət aldım".
Buludov "Keşlə" ilə görüşdə ona şans verən baş məşqçi Tərlan Əhmədova yə minnətdarlıq edərək, özünü göstərə bildiyini söyləyib: "Hətta qol vurmaq şansım da oldu, amma heyf ki, yararlana bilmədim. Azarkeşlərimizə çox təşəkkürümü bildirirəm. Qarşıda "Zaqatala” ilə kubok oyunu var. Şans versələr, oynayıb özümü göstərərəm, heyətdə yerimi möhkəmləndirərəm. Sonra isə "Qarabağ”la çempionat oyunumuzdur. İnşallah, "Neftçi”nin qələbələri ard-arda gələr. Bu komandada olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə yenib.






































































