1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Elnur Eyvazov: "Mirhüseyn Seyidov futboldan kənarlaşdırılmalıdır"
"Mirhüseyn Seyidovun bizim kluba keçidi heç vaxt gündəmdə olmayıb".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi" klubunun vitse-prezidenti Elnur Eyvazov "Keşlə"nin sabiq futbolçusu Mirhüseyn Seyidovun açıqlamasını şərh edərkən deyib. E.Eyvazov 25 yaşlı yarımmüdafiəçinin dediklərini təəccüblə qarşıladığını bildirib: "Bir futbolçunun hansısa kluba keçəcəyi üçün qəsdən zəif oynadığını deməsi heç bir məntiqə sığmır. Bu, futbolçu karyerasına və ümumiyyətlə, futbola zidd addımdır. Heç bir peşəkar futbolçu öz işinə bu cüt yanaşmaz, belə sözlər deməz. Belə çıxır ki, kimsə zəif çıxış etdikdə bunu "Neftçi" ilə əlaqələndirəcək?! Bir azdan deyəcəklər ki, bu gün hava 5 dərəcə soyuqdur, yəqin "Neftçi"yə görədir. Çünki "Qarabağ"la oynayırıq. Yəni, bütün bunlar gülünc iddialardır".
Klub rəsmisinin fikrincə, müəyyən insanlar "Neftçi"ni ləkələmək üçün belə variantlara əl atırlar. O, Seyidovun açıqlamasından sonra flaqmana cəzanın veriləcəyi ehtimallarını da inkar edib: "Əksinə, bir futbolçu belə əməllərə əl atırsa, o, qanun çərçivəsində cəzalandırılmalı, futboldan kənarlaşdırılma həddində cavabını almalıdır".
Qeyd edək ki, Mirhüseyn Seyidov ölke.az-a açıqlamasında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı qəsdən zəif oynadığını etiraf edib. O, səbəb kimi qışda "ağ-qaralar"a keçmə variantını göstərib.