1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Kirilo Petrov: "Neftçi"nin 2 məqsədi var"
"Olduqca maraqlı oyun alındı. Şanslarımız çox olmasa da, qol epizodları yarada bildik. Bu epizodlardan istifadə etmək lazım idi. Matçın çətin olacağını bilirdik".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Kirilo Petrov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XIV tur matçını dəyərləndirərkən deyib. Ukraynalı yarımmüdafiəçi bildirib ki, meydanı 1 xalla tərk etmək imkanları da olub: "Birinci hissədə sanki sıxılmışdıq. İkinci hissədə daha inamlı oyun göstərdik və təşəbbüsü ələ aldıq. Meydanı 1 xalla tərk edə bilərdik. Amma bu istəyimizi reallaşdıra bilmədik. Eyni zamanda böyük hesabla uduza da bilərdik. Bəzi epizodlarda böyük səhvlər edirdik. Bunlar adi səhvlər idi".
27 yaşlı oyunçu matçın sonlarında "Qarabağ"ın yarımmüdafiəçisi Miçellə yaşadığı insidentə belə aydınlıq gətirib: "Miçel elə bildi ki, mən onu qəsdən vurdum. Amma bu, adi futbol emosiyası idi. Oyundan sonra bir-birimizin əlini sıxdıq və uğurlar arzuladıq".
Petrovun fikrincə, komandası üçün mövsümün ilk yarısı iki hissədən ibarət olub: "14 turu iki hissəyə bölmək olar. Tərlan Əhmədovun gəlişindən əvvəl və sonra. Onun gəlişindən sonra komandada motivasiya artdı. Oyunlara yaxşı köklənir və futbol sərgiləyirdik".
"Neftçi"nin legioneri Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyunlarda "Neftçi"nin şanslarını da dəyərləndirib: "Komandamızın iki məqsədi var: Biri kubokda finala qədər irəliləmək, digəri çempionatda 3-4-cü yerlərdən birinə sahib olmaq. Avrokuboklarda çıxış etmək istəyirik".