"Qəbələ" Topaz Premyer Liqasında XIV turunda "Keşlə" ilə qarşılaşır.
Sportnet.az-ın Qəbələdə olan əməkdaşının verdiyi məlumata görə, bu oyun komandanın futbolçusu Filip Ozobiç üçün ələmətdar olub. Belə ki, xorvat futbolçu 42-ci "Qəbələ” – "Keşlə” duelində 100-cü qolu vurub. O, ikinci hissədə meydana daxil olaraq, komandasının 2-ci və 3-cü qollarına imza atıb. Komandanın birinci qolunu isə Baqali Dabo vurub.
"Qırmızı-qaralar" tarixi ərzində 42-ci, "İnter” adını "Keşlə”yə dəyişdikdən sonra ilk dəfə bu komanda ilə üz-üzə gəlir.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 3:0 hesabı ilə öndədir.