
Topaz Premyer Liqasının 14-cü turunda evdə "Zirə”yə uduzan (0:1) "Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Evdə ilk oyunumuz idi. İstəyirdik yaxşı nəticə qazanaq. Komandalar arasında səviyyə fərqi özünü göstərdi. "Zirə” bizi hərtərəfli üstələdi. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq.
- Jaskis son oyunlarda yaxşı təsir bağışlamır. Matç zamanı da bir neçə dəfə ona etiraz etdiz. Onun komandada gələcək taleyi necə olacaq?
- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində dəqiq qərar verəcəm. Qarşıda "Qəbələ” ilə iki oyunmuz var.
- Ümumiyyətlə, qış fasiləsi ilə bağlı planlarınız hazırdı, yoxsa "Qəbələ” ilə kubok oyunlarını gözləyirsiz?
- "Qəbələ” ilə oyunlardan sonra qış planlarımızı dəqiqləşdirəcəyik.
- Neçə nəfər gedəcək?
- Hələ tam müəyyənləşdirməmişəm.
- Komanda gözlədiyiniz yerdədi?
- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.
- Bu gün komandanın nəticlərini qənaətbəxş saymaq olar?
- Bu gün "Kəpəz”i, "Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.