"Səbail" ilə ilk dövrədəki oyunumuz da çətin alınmışdı. Birinci hissədə yaxşı oyun nümayiş etdirdik. Çatışmayan ikinci qolu vurmağımız idi".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Milan Düriç Topaz Premyer Liqasının XIV turunda "Səbail" üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.
Serbiyalı yarımmüdafiəçi bildirib ki, "Səbail" ikinci hissədə daha çox hücum etməyə başlayıb: "İkinci qolu vura bilməməyimiz vəziyyətimizi ağırlaşdırdı. Rəqib də şanslarını boşa verdi. Qapımızda olan penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Çünki həmin vaxt ehtiyat oyunçular skamiyasında idim".
Düriç Azərbaycan Kubokunun 1/4 finalında "Neftçi" ilə keçirəcəkləri matçlar barədə də danışıb: "Neftçi"i bizi məğlub edə bilmir? Futbol statistikadan ibarət deyil. Rəqibimiz hazırda yaxşı formadadır. Hər dəfə "Neftçi"yə qarşı yaxşı oyun nümayiş etdirmək bəsit bir şey deyil".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |