1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Denis Silva: "İlk dəfədir ki, bu cür halla qarşılaşıram"
Topaz Premyer Liqasının XIV turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olan "Keşlə"nin futbolçusu Denis Silva matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, müdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb.
- Şanslarımız oldu, ancaq alınmadı. Səbəbini bilmirəm. Komanda hazırda pis günlər yaşayır. Ümid edirəm ki, gələcəkdə əlimizə düşən fürsətlərdən istifadə edəcəyik. Hazırki vəziyyətin dəyişəcəyinə inanıram. Bu durum haqda danışmaq çox çətindir, bilmirəm fikrimi necə ifadə edim.
- Komanda haqqında xoşagəlməz söhbətlər oldu. Nizami və Mirhüseyn uzaqlaşdırıldı. Nələr baş verir?
- Mən allah deyiləm. Bu barədə deyə bilmərəm. Çünki mən də sizin kimi tam məlumatlı deyiləm. Mürəkkəb vəziyyət yaranıb. Mən klub prezidenti və baş məşqçi ilə söhbət elədim. Çalışırıq belə söhbətləri komandadan uzaq tutaq və meydandakı oyunumuza təsir eləməsin. Bundan sonrakı qarşılaşmalarda sadəcə qələbə haqqında düşünəcəyik.
- "Neftçi” ilə oyundan əvvəl Mirhüseyn və ya Nizami sizə nəsə demişdimi?
-Xeyr, qətiyyən. Bizim aramızda bu cür söhbətlər olmayıb. Sadəcə çıxacağımız oyun haqqında düşünürük. Bütün matçlarda qələbə qazanamalıyıq, çünki həddindən artıq çox xal itirmişik. Mən 10 ildir ki, burdayam, ilk dəfədir ki, bu cür halla qarşılaşıram. Klub çox pis vəziyyətdədir. Mən də, bütün oyunçular da qalib gəlmək istəyirik. Məlum məsələ barədə müzakirə belə aparmırıq.
- "Keşlə”nin hazırda əsas problemi nədən ibarətdir?
- Bu haqda danışmaq çox çətindir. Futbolçularımız zədələndi, stabil çıxış edə bilməyənlər var. Klub heyətə yeni futbolçular da cəlb edə bilmədi. Bütün oyunçular əzmkarlıqla çıxış etməyə çalışsa da, alınmır. Gücümüz buna çatır. Ümumi situasiyanı izah eləmək çox çətindi. Amma çalışırıq ki, bunu dəyişək.