1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qəbələdəki qaça-qaç
Futbolçular paltardəyişmə otağından çıxmaq üçün jurnalistləri gözləyir, media nümayəndələrinin getmək fikri olmadığını gördükdən sonra məcbur qalıb mühafizəçi ilə çıxırlar. Bu, Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində Qəbələ şəhər stadionunda gördüklərimin bir hissəsidir.
Çempionatın 14-cü turunda "Qəbələ” doğma meydanda "Keşlə” ilə qarşılaşdı və rəqibini 3:0 hesabı ilə üstələdi. Bu matçda "Keşlə”nin məğlub olacağı xeyli real görünürdü. Komandanın hazırkı vəziyyəti ilə yanaşı, klubun iki üzvü - Mirhüseyn Seyidov və Nizami Hacıyevin gündəmi zəbt edən məsələlərinin böyük rolu oldu. Oyun haqqında çox da danışılası bir şey yoxdur. Bir tərəfdə çempionluq uğrunda mübarizə aparan "Qəbələ”, digər tərəfdə isə öz futbolçuları ilə mübarizə aparan "Keşlə”...
"Oyundan sonra baş verənlər nəticəni kölgədə qoydu" desək, yanılmarıq. Mətbuat konfransında "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov suallardan yayınmaq istəyirdi. Bu, bir yana, futbolçular oyundan sonra paltardəyişmə otağından çıxmaq istəmirdilər. Özlərini futbolçu hesab edən şəxslər media nümayəndələrinin stadionu tərk etməsini gözləyirdilər. Bəli, bu dəfə tərsinə idi. Jurnalistlərin belə bir niyyətinin olmadığını görən "Dünya ulduzları” mühafizəçinin köməyi ilə, demək olar ki, tək-tək paltardəyişmə otağından avtobusa kimi hərəkət etdilər. Həmin futbolçuları aparan mühafizəçi onların danışmasına qadağa qoyulduğunu söylədi. Jurnalistlər bu məsələ ilə bağlı baş məşqçi Ramiz Məmmədova etirazlarını bildirdilər. O isə heç bir qadağanın olmadığını, sadəcə vaxt məhdudluğunu əsas gətirdi.
Bundan sonra yalnız Denis Silvanın mətbuatla ünsiyyətinə icazə verildi. Məmmədov qadağa olmadığını, klubun başqa işçisi bunun əksini söyləyərək, jurnalistlərə mane olur. Həqiqətən də gülməli haldır. Bir klub bu qədərmi aşağı enər? Mətbuatdan qaçmaq nə deməkdir? Hansı bir günahınız yoxdursa niyə mediadan çəkinirsiniz? Mühafizəçi Fuad Bayramovu stadiondan elə kənarlaşdırdı ki, sanki o, Lionel Messi və ya Kriştianu Ronaldudur və biz ondan müsahibə almaq istəyirik. Günahı olmayan insan ürəkli davranıb, mətbuata açıqlama verərdi. Uzun danışmasına ehtiyac yox idi. Günahsız olsaydınız, qaçmazdınız. Hara qədər qaçacaqsınız?
Təbriz QULİYEV