
"Kəpəz" klubu "Neftçi"nin futbolçusu Məqsəd İsayevin transferindən imtina edib. Bu barədə Sportnet.az-a Gəncə komandasının baş məşqçisi Yunis Hüseynov məlumat verib.
Onun sözlərinə görə, İsayev maraq dairələrində olsa da, sonradan bu transferdən vaz keçməyi qərara alıblar. 52 yaşlı mütəxəssis transferlər üçün tələsmədiklərini vurğulayıb: "Danışıqlar davam edir. Hər bir mövqeyə yeni futbolçu istəyirəm. Bəzi futbolçular komandadan göndəriləcək. Hansı futbolçuları göndərəcəyimə qərar vermişəm. Ancaq açıqlaya bilmərəm. Çünki yeni futbolçular cəlb olunandan sonra heyətdə görmək istəmədiyimiz futbolçuları göndərəcəyik".
Qeyd edək ki, Məqsəd İsayevin adı daha əvvəl "Səbail"lə də hallanıb.