"Qarabağ" komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyununda daha bir rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Ağdam komandası Rusiyanın I Divizionunda mübarizə aparan "Şinnik"lə üz-üzə gələcək.
Yaroslavl təmsilçisi ilə görüş yanvarın 30-da olacaq.
Qeyd edək ki, "Qarabağ"ın daha əvvəl Polşa "Legiya"sı ilə üz-üzə gələcəyi müəlum olub. Görüş yanvarın 20-də keçiriləcək.