
İngiltərə FA kubokunun 1/32 final mərhələsində Liverpul doğma meydanda "Everton"la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Komandanın yeni transferi Vircil Van Diyk komandasına qələbə qazandıran qola imza atıb.
Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.