İspaniya La Liqasının XVIII turu çərçivəsində "Barselona” doğma meydanda "Levante” ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 12-ci dəqiqsəində Lionel Messi hesabı açıb. 38-ci dəqiqə də isə Luis Suares fərqi 2 topa çatdırıb.
Matçın sonlarında isə Paulinyo səhnəyə çıxıb. Braziliyalı futbolçu 90-cı dəqiqədə matçda sonuncu qolu vurub.