"Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub. Yanvarın 5-dən qonşu ölkədə olan "qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.
Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən komanda günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.