"Keşlə” klubunun baxışa çağırdığı serbiyalı futbolçunun kimliyi müəyyənləşib.
Sportnet.az "Report”a istinadən xəbər verir ki, bu, Nemanya Stoyanoviçdir. Son klubu Avstriyanın Regional Liqasında çıxış edən Vyana "Qarabağ”ı olan 24 yaşlı yarımmüdafiəçi "Keşlə”nin baş məşqçisi Yuri Maksimovun etimadını dorğuldacağı təqdirdə, onunla müqavilə bağlanılacaq.
Qeyd edək ki, Stoyanoviç daha əvvəl Serbiyanın "Yaqodina” və Avstriyanın "Kaizerebersdorf” klublarında çıxış edib.
]







































































