Türkiyə milli komandasının sabiq futbolçusu Hamit Altıntop karyerasını "Yeni Malatyaspor”da davam etdirəcək.
Sportnet.az-ın "beIN Sports”a istinadən verdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə anlaşıb. Onunla cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qeyd edək ki, Hamit Altıntop karyerası ərzində Almaniyanın "Şalke” və "Bavariya”, İspaniyanın "Real Madrid”, Türkiyənin "Qalatasaray” komandalarının formasını geyinib. Onun son klubu II Bundesliqada mübarizə aparan "Darmştadt” olub.