"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, komanda dördüncü günü axşam məşqi ilə tamamlayıb. Günün ikinci məşqi yerli vaxtla saat 17:30-da start götürüb və 90 dəqiqə davam edib.
İsinmə hərəkətlərinin ardından futbolçular fiziki çalışmalarla davam edib. Hazırlıq toplu çalışmalarla yekunlaşıb.