1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Albaniyanı bu dəfə yendi - YENİLƏNDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Rəşad Sadıqovun bas məşqçi olduğu komanda albaniyalı həmyaşıdları ilə üz-üzə gəlib. Bu, iki kollektiv arasında Antalyada ikinci görüş olub. İlk qarşılaşmada Albaniya qalib gəlmişdisə, bu dəfə millimiz əvəz çıxmağı bacarıb. Komandamıza minimal hesablı qələbə qazandıran qolu Ülvü İsgəndərov vurub.
Beləliklə, Azərbaycan yığması Antalya toplanışını 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Daha əvvəl "Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn komandamız Gürcüstanla heç-heçə edib - 1:1.
26 yanvar
Yoxlama oyunu
19:00. Azərbaycan (U-21) - Albaniya (U-21) - 1:0
Qol: Ülvü İsgəndərov, 52
Azərbaycan: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvü İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə