"Burada hazırlıqlarımız yanvarın 21-dən başlayıb. Hər cür şəraitimiz var. Uşaqlar da çalışırlar ki, bu imkandan yaxşı istifadə etsinlər. Səhər-axşam məşqlərimizi davam etdiririk. Çalışacağıq ki, yaxşı hazırlaşaq”.
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənəlizadə Antalya toplanışını dəyərləndirərkən deyib.
26 yaşlı mərkəz müdafiəçisi yoxlama matçında "Konkordiya"ya 0:1 uduzsalar da, pis oynamadıqları qənaətindədir: "Səhvlərimizin üzərində işləyəcək, düzəltməyə çalışacağıq. Qarşıda 3 oyunumuz var. Onları da yaxşı keçirərək, çempionata tam hazır olmağa çalışacağıq”.
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.
25 yaşlı hücumçu yanvarın 25-də Rumıniya "Konkordiya"sına 0:1 hesabı ilə uduzduqları yoxlama matçı barədə də danışıb: "Hazırlıqlarımızın ilkin mərhələsinə Sumqayıtda start verdik. İkinci mərhələ üçün yanvarın 21-dən buradayıq. Çalışmalarımızı davam etdirir, taktiki-taktiki məşqlər edirik. Burada ilk yoxlama matçını keçirdik. Belə oyunlarda nəticə vacib deyil. Öz səhvlərimizi gördük, onların üzərində işləyəcəyik. Qarşıda daha 3 yoxlama matçımız var. Bu görüşlərdə səhvlərimizi düzəldərək, çempionatın ikinci hissəsinə tam hazır olmaq istəyirik".