Bu gün "Neftçi" klubu Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama matçını keçirib. Sportnet.az-ın məlumatına görə, paytaxt klubu Rusiyanın "Krılya Sovetov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
"Neftçi" Antalyadakı əvvəlki 3 yoxlama matçının hamısında uduzub. Flaqman əvvəlcə Rusiya Premyer Liqasının autsayderi "OİK-Xabarovsk"a 1:8, ardından eyni gündə Rumıniya "Konkordiya"sına və Bolqarıstan "Slaviya"sına 0:1 hesabı ilə uduzub. Samara təmsilçisi Rusiya I Divizionunda 25 turdan sonra 51 xalla 3-cü pillədə qərarlaşıb.
Bugünkü görüşdən sonra Azərbaycan millisinin təlim-məşq toplanışına çağırıldıqları üçün qapıçı Rəşad Əzizli, kapitan Ruslan Abışov, eləcə də Rəhman Hacıyev, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov və Anton Krivotsyuk "Neftçi"nin düşərgəsini tərk edəcək.
Yoxlama oyunu
27 yanvar
18:15. "Neftçi" - "Krılya Sovetov" - 0:1
"Neftçi"nin start heyəti: Rəşad Əzizli - Rəşad Sadiqov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Emin Mahmudov, Fransisko Qarsiya, Namiq Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov
Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Elvin Sərkərov, Elnur Süleymanov.