"Hazırda təlim-məşq toplanışındayıq, yaxşı hazırlaşırıq. Bu gün yoldaşlıq görüşünü oynayacağıq. Rəqib Azərbaycan komandasıdır. Adını bilmirəm, düzü. "Sumqayıt”? Hə, doğrudur, xatırladım”.
Bunu Sportnet.az-a açıqlamasında 2011/12 mövsümündə Azərbaycanın "Muğan” klubunda çıxış etmiş Saşko Pandev deyib. Tanınmış futbolçus Qoran Pandevin qardaşı olan 31 yaşlı forvard bu gün "Sumqayıt”la yoxlama oyunu zamanı Makedoniya təmsilçisi "Akademiya Pandev”in heyətin meydana çıxıb: "Məqsədimiz yaxşı hazırlaşıb, Makedoniya çempionatında mümkün qədər yüksək pillələrə çıxmaqdır. Əsas odur ki, ciddi problemlərlə qarşılaşmayaq: zədələr çox olmasın, yüklənməmizi düzgün hesablayaq".
- Azərbaycanı neçə xatırlayırsınız?
- Çox yaxşı. Oradakı münasibətdən narazı qalmamışdım.
- Azərbaycan futbolunu izləyirsiniz?
- Çox yaxından izlədiyimizi deməzdim, ancaq nəticələriniz var. Elə "Qarabağ”ın Çempionlar Liqasında oynaması az şey deyil. Bu uğur böyük zəhmətin nəticəsidir. Təbii ki, yaxşı maliyyəsiz də bu, mümkün olmazdı. Maliyyə, zəhmət və sabitlik Azərbaycana futboluna uğur gətirib. Bundan sonra da qələbələr arzulayıram.
- O vaxt "Muğan”dan niyə az oynadınız?
- Xüsusi səbəbi yox idi. Sadəcə, rəhbərlik mənə yeni müqavilə təklif etmədi. Seçim onların idi.
- Sonra Azərbaycandan təkliflər oldu?
- Xeyr. Amma olsaydı, Azərbaycanda oynamaq xoş idi. İndi də çağırsalar, böyük məmnuniyyətlə gələrəm.
- Azərbaycanda dostunuz qalıb?
- Qapıçı Amil Ağacanovla mütəmadi yazışırıq.