"Bu gün çox yaxşı komanda ilə oynadıq. Təlim-məşq toplanışında növbəti vacib qarşılaşma idi".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Famussa Kone Türkiyənin Antalya bölgəsində Rusiya "Arsenal"ı ilə 3:3 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib. Malidən olan hücumçu bildirib ki, "Qarabağ"la Premyer Liqanın ikinci yarısının ilk tur oyunundan əvvəl Tula komandası ilə görüş yerinə düşüb.
Kone zədəsinə gəldikdə, bunları deyib: "5 gün trenajorda çalışdım. Artıq özümü çempionata hazır vəziyyətdə hiss edirəm".
Qeyd edək ki, "Qarabağ"la "Qəbələ" arasında XV tur matçı fevralın 10-da keçiriləcək.