"Səbail" klubunun yarımmüdafiəçisi Murtuz Abakarov "On sual" rubrikası üçün müsahibə verib. Sportnet.az həmin müsahibəni klubun "facebook" səhifəsinə istinadən təqdim edir...
- Futbola gəlişiniz necə oldu?
- Uşaqlıqda məşqul olduğum müxtəlif idman növləri olub, ancaq məhz futbol ruhuma daha yaxın gəldi. Bu səviyyəyə çatacağımı heç vaxt düşünməzdim.
- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod hansıdır?
- Yadda qalan çox matçım olum, ancaq ilk qolu vurduğum anı heç zaman unutmayacağam.
- Futbolda kumiriniz kimdir?
- Raul Gonsales uşaqlıqdan indiyədək kumirimdir.
- Hobbi və maraqlarınız nədən ibarətdir?
- Dostlarımla müxtəlif kompüter və Playstation oyunları.
- Ən sevdiyiniz film, musiqi, kitab hansıdır?
- Sevdiyim filmlər çoxdur, ancaq "Law Abiding Citizen” ən sevdiyim filmdir.
- Həyatınızın əsas qaydası...
- Həyatda hər bir vəziyyətdə insanlığı itirməmək.
- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?
- İlk öncə insanların sadəliyini, əliaçıqlığını və təmizliyini dəyərləndirirəm.
- Karyeranızda əsas məqsədiniz nədir?
- Mümkün qədər çox zirvəyə çatmaq.
- Gənc futbolçulara nə məsləhət görərdiniz?
- İlk növbədə, heç vaxt təslim olmamaq. Maneəsiz və məğlubiyyətsiz nə qələbə olur, nə də nəticə. Heç vaxt heç bir problem qarşısında dayanmayın. Futbol ciddi oyundur və zəif xasiyyəti olanları sevmir.
- Azarkeşlərinizə müraciətiniz?
- Matçlara gəlin, bizə dəstək olun. Sizin dəstəyiniz istənilən rəqibimizin qarşısında özümüzə güvənimizi artırır.