1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Bu matç bizim xeyrimizə olacaq"
"Türkiyədə hazırlıq keçdiyimiz bir ay müddətində yeganə haldır ki, hər şey istədiyim kimi olmadı. Komandanın oyuna münasibətindən narazı qaldım. Hətta buna təəccübləndim. Digər tərəfdən isə belə olması yaxşıdır. Çünki biz gördük ki, futbola kifayət qədər düzgün yanaşmayanda, tam qüvvə ilə oynamayanda necə oluruq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində Makedoniya "Şkendiya”sına 0:2 hesabı ilə uduzduqları son yoxlama oyunundan sonra deyib. Ukraynalı mütəxəssis matçı belə şərh edib: "Həmişə, elə bu gün də futbolçulara demişəm ki, belə hallar yaşanmamalıdır. Rəqibin aqressiv oynamasından gileylənə bilmərik. Çalışır, mübarizə aparırdılar. Bəlkə də hansısa epizodlarda bizə kobud, çox sərt görünürdülər. Amma oyunçuları istəkdə, çalışqanlıqda qınamaq olmaz. Bu komanda futbola münasibətin əsl nümunəsidir. Toplanışın belə başa çatmasının necə təsir edəcəyini söyləmək çətindir. Amma mənə elə gəlir ki, bu matç bizim xeyrimizə olacaq. Türkiyə hazırlıqlarında çox yaxşı məşq etdik, gözəl toplanış keçirdik. Ümid edirəm ki, bugünkü matç istisna, anlaşılmazlıqdır və biz bundan fayda götürəcəyik”.
Qeyd edək ki, "Qəbələ" hər iki qolu ilk yarıda buraxıb.