İspaniyanın "Barselona” klubunun futbolçusu Jerar Pike cəzalandırıla bilər.
Sportnet.az "Marca”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin La Liqanın XXII turunda "Espanyol”la səfər matçı (1:1) zamanı vurduğu qolu qeyd edən zaman barmağını dodaqlarına qoyaraq, azarkeşlərə "Susun” işarəsi göstərməsidir.
La Liqa rəhbərliyi bunu fanatlara qarşı aqressiv hərəkət saysa, Pikenin 1 – 3 oyun cəzalanması mümkündür.
Qeyd edək ki, "Espanyol” rəhbərliyi "Barselona” ilə görüşdə üzərinə "Shakira es de todos” ("Şakira hamıya məxsusdur") yazılan plakat açan azarkeşlərini 24 min avro məbləğində cərmələyib və onların stadiona girişini qadağan edib. Şahira Pikenin həyat yoldaşıdır.