1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş hakim azarkeşin atdığı konfeti yedi - FOTOLAR
Almaniya kubokunun 1/4 final mərhələsində keçirilən "Ayntraxt” - "Maynz" matçında maraqlı hadisə baş verib.
Sportnet.az-ın əlumatına görə, sözügedən qarşılaşmada baş hakim Deniz Aytekin diqqət mərkəzinə düşüb.
Görüşün 10-cu dəqiqəsində Frankfurt təmsilçisinin futbolçusu Marius Volf küncdən zərbəni yerinə yetirmək istəyərkən, "Maynz" azarkeşi meydana konfetlər atıb.
Qarşılaşmanın baş hakimi Deniz Aytekin oyunu dayandırıb. Konfeti yerdən götürən referi onu qonaqların hollandiyalı futbolçusu Naycel de Yonqa təqdim edib. Lakin yarımmüdafiəçinin imtina etdiyini görən Aytekin şirniyyatı özü yeyib.
Qeyd edək ki, türk əsili referi Çempionlar Liqasında "Qarabağ" - "Atletiko" (İspaniya) matçını idarə edib. O, Bakı Olimpiya Stadionunda baş tutan və qolsun bərabərliklə yekunlaşan oyunda Dino Ndlovunu simulyasiyaya görə ikinci sarı vərəqə ilə meydandan qovub.