1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" darmadağınla növbəti mərhələdə
Türkiyə kubokunun 1/4 final mərhələsinin cavab matçında "Qalatasaray" doğma meydanda "Konyaspor"la üz-üzə gəlib.
Sportnet.azın məumatına görə, ilk görüşdə 2:2 hesablı bərabərliyə razılaşan "sarı-qırmızılar" bu qarşılaşmada rəqibini 4:1 hesabı iə üstələyib. Matçda hesabı qonaqlar açıb. "Konyaspor"un heyətində Moruke Fofana 14-cü dəqiqədə fərqlənib. Meydan sahiblərinin bərabərlik qolu özünü çox gözlətməyib.
17-ci dəqiqədə Sərdar Aziz tarazlığı bərpa edib. Görüşün 52-i dəqiqəsində Bafetimbi Qomis komandasını hesabda önə çıxarıb. Hücumçu 88-ci dəqiqədə özünün 2-ci komandasının 3-cü qoluna imza atıb. Bu da matçda vurulan son qol olmayıb. 90-cı dəqiqədə Qari Rodriges oyunda son noqtəni qoyub.
Qeyd edək ki, "Qalatasaray" yarımfialda "Akhisarspor"la qarşılaşsacaq. Digər görüşdə isə "Beşiktaş" və "Fənərbağça" klubları üz-üzə gələcək.