1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şimali Koreyaya bənzəyən "Kəpəz"
Artıq bu gün ölkə futbolunda təqribən iki aylıq fasilə yekunlaşır. Sportnet.az-ın məlumatına görə, qış fasiləsini başa vuran Topaz Premyer Liqası klubları fasilədən necə yararlandıqlarını mövsümün ikinci yarısında ortaya qoymağa başlayacaqlar.
8 klubun hamısı Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçib. Hərçənd, onlar qardaş ölkədəki hazırlıq prosesinə eyni vaxtda başlamayıblar. "Qarabağ" və "Qəbələ" toplanış müddətində bütövlükdə Antalyada olubsa, qalanlarının hazırlığı ikimərhələli olub.Bu da başadüşüləndir. Hər bir klub ayağını yorğanına görə uzatmalıdır.
Bu toplanışdan kimlər səmərəli istifadə etdi? Topaz Premyer Liqasının lideri "Qarabağ” oynadığı bütün yoldaşlıq oyunlarının heç birində qələbə qazana bilmədi. Belə getsə Ağdam təmsilçisi bu il çempion da ola bilməyəcək. Klub əsas hücumçusu Dino Ndlovunu Çinə göndərdi. Ancaq onun yerinə futbolçu alınmadı. Toplanış ərzinə 8 klubdan "Qəbələ”ni və bir az da "Keşlə”ni fərqləndirmək olar. Cari mövsüm Qəbələ təmsilçisinin çempion olması üçün əlverişli sayıla bilər. İkinci dövrədə "Keşlə”nın çıxışı tam başqa olacaq. "Qarabağ” mövsümün ikinci yarısında əvvəlki gücündə olmayacaq. Bu fikirlə çoxları razılaşmaya bilər. Amma hər şeyə bu gün start götürəcək çempionatda şahid olacağıq.
Biri də var qış fasiləsində özündən "söz etdirən” "Neftçi”… Gündəmdə qalmağı bacaran "Flaqman”. Komanda əslində fasiləyə yaxşı əhval-ruhiyədə yollanmışdı. Bütün hadisələr Türkiyə toplanışı zamanı baş verdi. "Flaqman” təcrübəli qapıçı Aqil Məmmədovu mənasız yerə "Qəbələ”dən transfer etdi. Necə almışdısa, elə o cür də göndərdi. Deyilənə görə, qolkiper özü fikrini dəyişib və "qırmızı-qaralar”ın düşərgəsinə dönüb. Aqil sözünün mənası, ağıllı, müdrik və tədbirli deməkdir. Tədbirli isə ehtiyatlı və işini bilən şəxsə deyilir.
"Kəpəz” və "Neftçi” 8-ə qədər saydı…
Türkiyə toplanışında Premyer Liqa klubları qol buraxmaları ilə "göz oxşadılar”. 80 illiyində 0:8 hesabı ilə məğlub olan "Neftçi” 81-ə 1:8-lə başladı.
"Kəpəz” də Polşa "Yagelloniya”sı ilə matçda eyni hesabla məyus oldu. Gəncə təmsilçisinin baş məşqçisi Yunis Huseynovun "möhtəşəm” bəhanəsi var idi. O, polyaklarla serbləri səhv saldığını açıqadı: "Mən həmin matçda ("Yagelloniya” – 1:8) səhv etdim. Elə bilirdim ki, Serbiya "Spartak”ı (2:0) ilə oynayırıq. Oyunçulara da əlavə yükləmə vermişdim. Meydanda bildim ki, rəqib Polşa klubudur”.
2019-cu ildə də "Kəpəz” klubunun 60 illiyidir. Gəncə təmsilçisi də "Flaqmana” baxıb bəhrələnsə… Onsuz da "Kəpəz” cari mövsümün ilk dövrəsindəki son matçında "Qəbələ”dən 6 top buraxıb.
"Kəpəz”dən söz düşmüşkən. Gəncə klubu Antalya toplanışına mətbuat katibi və operator aparmadı. Bəzən klubun oyunlarından bir neçə saat sonra məlumat verilirdi. Bəs Antalyada jurnalist həmkarlar olmasaydı, nə baş verərdi? Yalan məlumatlar ötürülə bilərdimi? Təsəvvür edin ki, 1:8 hesabı ilə uduzduqları oyun barədə mulumat yazmırlar. Xatırlayırsınızsa, 2014-cü il dünya çempionatı zamanı sonra belə bir xəbər yayılmışdı: Şimali Koreya televiziyası mundialın onların qələbəsi ilə yekunlaşdığını ölkə əhalisinə ötürmüşdü. Jurnalistlər olmasaydı, güman ki, "Kəpəz" də bu nümunədən faydalanacaqdı...
Toplanışı sakit tərzdə keçirən "Sumqayıt” və "Zirə” klubları avrokubok uğrunda mübarizədən qopmamağa çalışacaq. Düzü, "Səbail”in varlığı ilə yoxluğu hiss olunmadı. Bu, bəlkə də ondan irəli gəlir ki, komanda çoxları üçün önəm kəsb etmir. Yeni olduğundan, vəsiqə qazansa belə, Avrokubokda çıxış edə bilməz...
Təbriz QULİYEV