"Zirə" klubunun yeni transferi, Trinidad və Tobaqo yığmasının hücumçusu Comal Uilyamsın "Sumqayıt"la evdə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XV tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Matç bizim üçün yaxşı keçdi. Komandaya cəlb olunan yeni futbolçulardan biri də mənəm. Meydanda bir-birimizi tanımağa çalışırıq. Bu gün də çalışırdıq ki, məşqçilərin tapşırığını yerinə yetirək. Ümumi götürsək, hər şey qaydasında idi. Nəticəni də normal hesab eləmək olar.
- Yeni komandaya uyğunlaşmağınız uzun çəkəcək?
- Futbol hər yerdə eynidir. Uyğunlaşmaq mənim üçün çətin olmayacaq. Ümid edirəm ki, bacardığım qədər tez bir zamanda kollektivə və komanda yoldaşlarıma uyğunlaşacağam.
- Süni örtükdə oynamaq Sizə çətinlik yaratmayacaq?
- Həyatdır. Mən futbolçularla birgə futbol ehtirası ilə oynamağa çalışacağam. Düşünürəm ki, bu, mənə çətinlik yaratmayacaq. Komanda yoldaşlarımla birgə ən yaxşı oyunumuzu göstərməyə çalışacağam.
- "Zirə" ilk yarıya nisbətən ikinci hissədə daha aktiv oynadı. Ayxan Abbasov fasilədə hansı tapşırıqları verdi?
- Onun dedikleri böyük bir şey deyildi. Bizə meydanda bacardığımızdan daha artığını göstərməyi tapşırdı. Daha da istəkli irəli getməyimizi tövsiyyə etdi. Rəqibə hörmətlə yanaşırıq. İkinci hissədə daha yaxşı olan tərəf biz idik.
Tebriz QULİYEV