İngiltərə Premyer Liqasının 27-ci turunda London derbisi baş tutub.
Sportnet.az-ın məlumatına görə, "Tottenhem" və "Arsenal" üz-üzə gəlib. Qarşılaşma "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 49-cu dəqiqəsində Harri Keyn komandasına qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, bu qələbədən sonra "Tottenhem" 52 xalla 3-cü pillədə qərarlaşıb. "Arsenal" isə 45 xalla 6-cıdır.










































































