İngiltərənin "Tottenhem" klubunun futbolçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçuya "London Footbal Avards" mükafatı təqdim edilib.
Keyn ötən il 29 qolla İngiltərə Premyer Liqasının bombardiri olub.
Londonun ən yaxşı baş məşqçisi adına isə "Kristal Palas"ın çalışdırıcısı Roy Hocson layiq görülüb.