1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Blatter cəzasına yenidən baxılmasını istədi
FİFA-nın sabiq prezident Yozef Blatter Etika Komitəsindən futboldan kənarlaşdırılmasına dair qərara yenidən baxmasını xahiş edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə isveçrəli keçmiş futbol funksioneri "Röyter"ə açıqlama verib.
O deyib: "Bu qərardan 2,5 il keçsə də, heç nə dəyişməyib. Cəzanın götürülməsi barədə Etika Komitəsinin qərarını əldə etmək istəyirəm. Vəziyyəti necə dəyişdirə biləcəyimizi anlamağa çalışıram. Ümidvaram ki, hər şeyə yaxın 3 ay ərzində aydınlıq gələcək".
Qeyd edək ki, 2015-ci ilin sonlarında Yozef Blatter UEFA-nın keçmiş prezidenti Mişel Platini ilə birgə 8 il müddətinə futbolla bağlı bütün fəaliyyətdən kənarlaşdırılıb. Buna əsas kimi Blatterin FİFA vəsaitindən 2 milyon İsveçrə frankını 2011-ci ildə Platininin hesabına köçürməsi göstərilib. Sonradan FİFA Apellyasiya Komitəsi hər iki şəxsin diskvalifikasiyasını 6 ilə endirib.