
"Mançester Yunayted" İngiltərə Premyer Liqasının XXX turunda "Liverpul" üzərində qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, "Old Trafford" stadionunda keçirilmiş görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Mankunianlar"ın heyətində hücumçu Markus Reşford dubl edib. Bununla da "qırmızı şeytanlar" xallarının sayını 65-ə çatdırıb və Premyer Liqada turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 60 xala malik "Liverpul" isə üçüncüdür.
İngiltərə Premyer Liqası, XXX tur
"Mançester Yunayted" – "Liverpul" - 2:1
Qollar: Markus Reşford, 14; 24 - Erik Bertran Bayi, 66-öz qapısına