1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İvan Samorano: "Azərbaycandan təklif almışdım"
Çili milli komandasının sabiq futbolçusu İvan Samorano Azərbaycandan məşqçi kimi iş təklifi alıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə hazırda ABŞ telekanallarından birində şərhçi kimi çalışan keçmiş forvardın özü açıqlama verib. O bildirib ki, Azərbaycanla yanaşı, Çinə də yollanmaq imkanı olub. Lakin 51 yaşlı mütəxəssis hələlik təklifləri cavabsız qoyaraq, məşqçi kimi debüt etmək istəməyib.
Samoranonun son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıtmaq imkanı olub. Lakin ABŞ telekanalındakı öhdəlikləri onun komandada çalışmasını əngəlləyib.
Qeyd edək ki, İvan Samorano 1987 - 2001-ci illərdə oynadığı Çili yığmasında 69 qarşılaşmada 34 qol vurub. O, bir çox klubda, o cümlədən İspaniya "Sevilya"sı (1990 - 1992) və "Real Madrid"ində (1992 - 1996), eləcə də İtaliya "İnter"ində (1996 - 2000) çıxış edib, 1998-ci ildə UEFA Kubokunu qazanıb.