1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klub prezidenti açıqladı: Türkiyəli futbolçu "Arsenal"a keçir
Almaniyanın "Frayburq" klubunda çıxış edən türkiyəli futbolçu Çağlar Söyüncü karyerasını İngiltərənin "Arsenal" klubunda davam etdirə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə 22 yaşlı müdafiəçini yetişdirən Türkiyənin "Altınordu" klubunun prezidenti Mehmet Seyid Özkan "Fanatik"ə açıqlamasında deyib. O, Söyüncünün "Arsenal"la razılıq əldə etməyə yaxın olduğunu söyləyib: "London klubu bizdən onun gənclərdən ibarət komandada çıxış etdiyi vaxta dair məlumatlar istəyib".
Qeyd edək ki, Çağlar Söyüncü "Frayburq"a 2016-cı ildə 2,65 milyon avro müqabilində "Altınordu"dan keçib. O, Almaniya klubunda 2 mövsüm ərzində 54 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.