1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Lui van Qaaldan Berti Foqts sayağı açıqlama
"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal hələ ən yaxşı oyunlarını göstərə bilmədiklərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə hollandiyalı mütəxəsis İngiltərə mətbuatına açıqlamasınada deyib.
O, 60 dəqiqə normal oyun sərgilədiklərini bildirib: "Mən futbolçularıma yaxşı oyun sərgiləmədiyimizi bildirmişəm. Bu durumda 4-cü yerdə qərarlaşmışıq. Bəs yaxşı oyun göstərəndə nə olacaq? Mən 90 dəqiqə fasiləsiz mübarizə aparmağı nəzərdə tuturam. Çünki biz hələ 60 dəqiqə oynayırıq. Qorxuram ki, bizə vaxt lazım olduğunu yenidən təkrarlamalıyam. Komandaya inkişaf etmək zəruridir. "Mançester Yunayted" ilk hissədə inanılmaz futbol nümayiş etdirir. Daha sonra rəqibin çoxlu qol imkanıları yaratmasına mane ola bilmirik".