AFFA İntizam Komitəsi "Qarabağ" və "Keşlə"ni cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, hər iki kluba 800 manat cərimə kəsilib.
"Qarabağ"ı azarkeşlərinin "Neftçi" ilə görüşdə pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ziyana düşüb. "Keşlə" isə "Qəbələ" ilə qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar cərimə olunub.