Futzal üzrə Azərbaycan Yüksək Liqasında XXII turdan təxirə salınmış bir oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ötən oyunda "Neftçi”ni məğlub edərək dördüncü pilləni təmin edən "FK. İtaldizain Futsal” EKOL-a yenilən "Marafon Futsal”la qarşılaşacaq. Mayın 11-də Olimpik Starda keçiriləcək oyun saat 14:00-da başlanacaq.
"Marafon Futsal” qələbə qazanacağı təqdirdə son turun oyunlarının nəticəsindən asılı olmayaraq gümüş medalları təmin edəcək.